15 oktyabr 2022 - ci il tarixdə Xocalı şəhər 3 saylı tam orta məktəbdə
uşaq hüquqlarına həsr olunmuş dəyirmi masa keçirilmişdir. Məktəbin direktoru
Eldəniz Məhərrəmov Beynəlxalq Uşaq Hüquqları Konvensiyasının müddəaları
haqqında dəyirmi masa iştirakçılarına geniş məlumat verdi. Daha sonra şagirdlərə
uşaqların hüquq və vəzifələri baradə məlumat verildi. Dəyirmi masa maraqlı
diskussiya formasında keçirildi. Sonda uşaq hüquqları ilə bağlı şagirdləri
maraqlandıran suallar cavablandırıldı. ***20 oktyabr 2022-ci il
tarixdə Xocalı şəhər 3 nömrəli tam orta məktəbdə "Uşaq hüquqları
aylığı"na həsr olunmuş tədbir keçirildi. Tədbiri giriş sözü ilə məktəbin
direktoru Məhərrəmov Eldəniz Təhməz oğlu açdı. O, çıxışında "Uşaq
Hüquqları üzrə Konvensiya"nın Beynəlxalq İnsan Hüquqları üzrə
Konvensiyanın tərkib hissəsi olduğundan, ölkəmizdə uşaq hüquqlarının yüksək səviyyədə
qorunmasından söhbət açdı. Sonra məktəbin müəllimləri Azərbaycanda uşaq
hüquqlarının təmin edilməsi haqqında müxtəlif səpkili çıxışlar etdilər. Tədbir
məktəbin şagirdləri tərəfindən hazırlanmış ədəbi - bədii kompozisiya ilə
yekunlaşdı.